"İşsizlik səviyyəsinin yaxşılaşdırılması üçün yeni iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün investorlar, iş adamlarını bu prosesə cəlb etmək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentdə büdcə müzakirələri zamanı millət vəkili seçildiyi Neftçala rayonunun problemlərindən danışarkən deyib. Millət vəkili qeyd edib ki, Neftçala rayonunda Yod Zavodu, eyni zamanda müalicə kompleksi tikilə bilər. Belə addımların atılması Neftçalada işsizlik probleminin tədricən aradan qaldırılmasına müsbət təsir göstərə bilər:
"Bundan başqa Neftçalanın bəzi yaşayış məntəqələri, kəndlərində apteklər belə yoxdur. Xol kəndində aptekin olmaması səbəbindən kənd sakinləri onlarla kilometr yol qət edib rayon mərkəzinə gəlməli olurlar".
Süleyman