Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti idarəçilikdə kimə üstünlük verir?

Özbəkistan prezidenti idarəçilikdə kimə üstünlük verir?


Yaxın Şərq və Ukrayna savaşı səbəbindən Mərkəzi Asiyada daxili siyasət hərkəsin diqqətindən kənarda qalır. Lakin, son 1 həftə ərzində Qazaxıstan və Özbəkistanda ciddi kadr dəyişikliyi baş verdi. Tokayev Hərbi Sənaye Kompleksinə bağlı fiqurları dəyişdi, Şövkət isə Özbəkistanın Təhlükəsizlik Naziri DAŞKƏND KLANININ təmsilçisi Abdusalom Əzizovu qəfil olaraq vəzifədən kənarlaşdırdı. Yerinə isə SƏMƏRQƏND KLANINDAN ailəyə yaxın olan Müdafiə Naziri Bahodir Kurbanovu təyin edib. Məsələ aydındır Şövkət, Şərəf Rəşidov, İslam Kərimovdan bəri davam edən KLANLAR ARASI BALANSI pozmağa və bütün gücü AİLƏSİNİN əlində cəmləməyə çalışır. Bu səbəbdən qızı Səidə və kürəkəni üzərindən ölkənin bütün sahələrində vitrindəki fiqurlar ailənin SADİQ xidmətkarlarıdır.....

Bu o deməkdir ki, Özbəkistan prezidenti ölkəni idarə etmək üçün getdikcə daha çox ailəsinə arxalanır və bu həm də onun qızını varis olaraq hazırlamasından xəbər verir. Prezident hakimiyyətinin ailə daxilində saxlanılması Mirziyoyev ailəsinin üzvlərinin təhlükəsizliyini təmin edə bilər, onların çoxu 2016-cı ildə vəzifəyə gələndən bəri böyük sərvət toplayıb. Mirziyoyev çox güman ki, qonşu Türkmənistanda 2022-ci ildə keçirilən seçkilərdə diktator Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi oğlu Sərdara təhvil verdiyi kimi edəcək. Mirziyoyevin demək olar ki, bütün qohumları istər nazirliklərdə, istərsə də digər dövlət qurumlarında hakimiyyətdədirlər. Ailə təhlükəsizlik xidmətlərinə və biznesə də nəzarət edir....

Lakin taxtın digər namizədi və Səidənin rəqibi Prezidentin şəxsi mühafizəçisi, həm də kiçik qızı Şahnozanın əri olan Otabek Umarovdur. 40 yaşlı Umarov ailə əlaqələri vasitəsilə böyük sərvət toplayıb və eyni zamanda ölkənin siyasi və iqtisadi elitaları arasında kölgə dəllalçısıdır. Lakin hakimiyyətin transferi zamanı mütləq rolu KGB oynayacaq. Çünki hakimiyyətin istənilən transferi güclü Təhlükəsizlik Xidməti tərəfindən dəstəklənməlidir. Birinci Ailə heç vaxt varislik və ya rəqabət planlarına açıq şəkildə işarə vurmayıb və vahid cəbhə nümayiş etdirməkdə davam edir. Bu arada, Mirziyoyevanın populyarlığı artdıqca, mən Səidə ilə sabiq prezidentin qızı Gülnarə Kərimova arasında paralelllik aparıram çünki onun böyük korrupsiyada iştirakı atası mərhum İslam Kərimovla münasibətlərinin pozulmasına səbəb olub. Bir vaxtlar atasının mümkün varisi kimi görünən Kərimova hazırda çirkli pulların yuyulması, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərə görə həbs cəzasını çəkir. Gülnarənin ən böyük səhvi isə ölkə daxilindəki siyasi klanları çox kiçik görməsi idi. KLAN SİSTEMİNDƏ ən qızıl qayda BALANS-dır və bu pozulmamalıdır. Şövkət bu balansı pozaraq resursları tək əldə cəmləməklə özündən sonra ailəsi üçün böyük risklər yaradır. Səidə bu qurdlar süfrəsində qurd yoxsa quzu mu olacaq bunu zaman göstərəcək. Lakin Gülnarənin sonunun nə olduğunu örnək almaq heç də pis olmazdı Mirziyoyev ailəsi üçün

Pərviz Əliyev
Xəbəri paylaş