"Qazaxıstan və Rusiya energetika, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı və bir çox başqa sahələrdə geniş miqyasda birgə işləyir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqaləsində bildirib.
Prezidentin sözlərinə görə, indiyədək ümumi dəyəri 18 milyard dollardan çox olan 90-dan çox layihənin icrasına başlanılıb. İndi də 49 perspektivli layihə həyata keçirilir.
"Bu mühüm layihələr arasında Qazaxıstanda 3 istilik enerjisi mərkəzinin tikintisini və Ekibastuz QRES-in modernləşdirilməsini qeyd etmək olar. Bundan başqa, ölkənin bir sıra regionlarının qaz təchizatı ilə bağlı irimiqyaslı təşəbbüslər var. O cümlədən cənuba və şərqə nəql olunan Rusiya enerji resurslarının həcmini artırmaq lazımdır”.
Anar Əliyev