Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya şirkətləri Qazaxıstana 3 milyard dollardan çox sərmayə qoyub

Rusiya şirkətləri Qazaxıstana 3 milyard dollardan çox sərmayə qoyub


Qazaxıstan və Rusiya arasındakı münasibətlər möhkəm və sarsılmaz dostluğun əsl təzahürüdür.


Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım Jomart Tokayev “İzvestiya” qəzetinə məqaləsində bildirib.

Prezident qeyd edib ki, iki ölkənin strateji tərəfdaşlığı və müttəfiqliyi bir-biri ilə sıx bağlı olan tarixi və mədəni əlaqələrə, eləcə də iki xalqın gələcəyi üçün ortaq məsuliyyətə əsaslanır.

"Qazaxıstan və Rusiya arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq daim inkişaf edir. Biz buna iki ölkənin hökumətləri və biznes nümayəndələrinin səyləri sayəsində nail olduq. Hazırda Qazaxıstanda 23 min Rusiya şirkəti uğurla fəaliyyət göstərir. Onlardan 4 mini son bir ildə yaradılıb".

Dövlət başçısının sözlərinə görə, ikitərəfli investisiyaların həcmi də artıb. 2023-cü ildə Rusiya şirkətləri Qazaxıstana 3 milyard dollardan çox sərmayə qoyub.

Anar Əliyev
Xəbəri paylaş