Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermınistan sülhə deyil, silahlanmağa üstünlük verir

Ermınistan sülhə deyil, silahlanmağa üstünlük verir


"Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına deyil, silahlanmağa, müharibə hazırlıqllarını davam etdirməyə üstünlük verir".

Bunu Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı İrəvanın Afinadan yeni raket kompleksləri almaq cəhdlərinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan bu addımı ilə regionda yenidən qarşıdurma, müharibə olması istəyini ortaya qoyur:

"Ermənistan Yunanıstan S-300 raket kompleksi almağı qarşıya məqsəd qoyub. Hətta bu məqsədlə tərəflər arasında müvafiq sənədin imzalandığı da bildirilir. Görünən odur ki, 44 günlük Vətən Müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan kənar, xarici qüvvələrin təsiri ilə yenidən regionda müharibəyə başlamağa hazırlaşır".

Arzuman Muradlı onu da deyib ki, Ermənistanın silahlanmasında regional amil, kənar qüvvələrin Cənubi Qafqazda olan maraqları, eyni zamanda güc mərkəzləri arasında gedən mübarizə də xüsusi rol oynayır:

"Fikir verin Ermənistana silahları kim verir. Azərbaycanla müttəfiqlik münasibətləri olan, 44 günlük Vətən müharibəsində mənəvi baxımdan Azərbaycanın yanında yer alan Türkiyənin əsas regional rəqibi, müəyyən illərdə qardaş ölkəyə qarşı hərbi ritorikadan danışan Yunanıstan, eyni zamanda Bakının yaxın dostu, müttəfiqi Pakistanla düşmən münasibətdə olan Hindistan. Eyni zamanda həm Azərbaycan, həm də Türkiyənin güxclənməsini istəməyən İran. Hər şey gün kimi aydındır. Deməli bu prosesdə həm də beynəlxalq güc mərkəzləri arasında savaş gedir".

Süleyman
Xəbəri paylaş