Fələstin lideri Mahmud Abbas Rusiya Federasiyasına səfər edəcək.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fələstin liderinin gələn il Moskvaya səfəri nəzərdə tutulur.
Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, Mahmud Abbas Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirlər zamanı Rusiyaya gələcək və qələbə paradında iştirak edəcək.
Mehman Mehdiyev