Dekabrın 17-dən Rusiyada yetkinlik yaşına çatmayanlara tütün və nikotin tərkibli məhsulların satışına görə, cərimələr tətbiq edilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, sözügedən məsələ Rusiya Dövlət Dumasında müzakirə ediləcək.
Dumanın plenar iclasında yetkinlik yaşına çatmayanlara tütün və nikotin tərkibli məhsulların satışına görə hüquqi şəxslərə 2 milyon rubla qədər cərimələr nəzərdə tutan qanun layihəsinə birinci oxunuşda baxa bilər.
Qeyd edək ki, mövcud qaydalara əsasən, yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatlarının, tütün məmulatlarının, nikotin tərkibli məhsulların və ya onların istehsalı üçün xammalın, qəlyanların, nikotin tərkibli məhsulları istehlak edən cihazların və ya onların istehsalı üçün xammalın satılmasına görə cərimə nəzərdə tutulur. Vətəndaşlar üçün cərimə 40-dan 60 min rubla qədər, vəzifəli şəxslər üçün 150-dən 300 min rubla qədər, hüquqi şəxslər üçün isə 400-dən 600-ə qədərdir.
Yeni qaydalara əsasən, vvətəndaşlar üçün bu cərimə 200 ilə 300 min rubl, vəzifəli şəxslər üçün 500 ilə 700 min rubl arasında olacaq. Hüquqi şəxslər üçün 1,5 ilə 2 milyon rubl arasında cərimə nəzərdə tutulur.
Anar Əliyev