Birləşmiş Ştatların müxtəlif ölkələrdə olan səfirləri ard-arda istefa verir. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirinin istefa verməsi barədə açıqlamasından sonra bu ölkənin Qazaxıstandakı səfiri Daniel Rozenblum da eyni addımı atıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfir təqaüdə çıxacağını və vəzifəsini tərk edəcəyini açıqlayıb.
Bildirilir ki, noyabrın 26-da ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblum Qazaxıstan hökumətinə 2025-ci il yanvarın 20-də vəzifəsini tərk edəcəyi və ABŞ Dövlət Departamentindəki 28 illik uğurlu karyerasına son qoyacağı barədə məlumat verib.
Səfir Rosenblum 2022-ci ilin noyabrından Qazaxıstandakı missiyanın rəhbəri vəzifəsində çalışır. O, uzun müddət düşündükdən sonra beş prezident və səkkiz dövlət katibi ilə parlaq karyerasına son qoyaraq, postunu tərk etmək qərarına gəlib.
Amerikanın Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirlərinin istefasına səbəb kimi yeni Ağ Ev rəhbərliyi göstərilir. Məlumata görə, amerikalı səfirlər yeni prezident Donald Trampın onları səfir postundan geri çağıracağından ehtiyat edərək özləri könüllü istefa verirlər.
Anar Əliyev