Türkiyə Avropa İttifaqı ölkələrinə quş əti ixrac ediləcək.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.
Son zamanlar ana heyvanların sayını artırmaq üçün ciddi səy göstərdiklərini deyən Yumaklı, "Məqsədimiz baxım və bəslənmə ilə məşğul olan ət istehsalı müəssisələrinin sayını artırmaqdır",-deyə bildirib.
Nazir deyib ki, ötən ildən quş əti ixracı ilə bağlı xüsusilə Avropa İttifaqı ilə çox gərgin danışıqlar aparılıb:
"Şükürlər olsun ki, intensiv səylərimiz öz nəticəsini verdi. Xüsusilə, quş əti emalı müəssisələrindən 8-i emal olunmuş məhsul ixrac edə biləcək. Avropa Birliyinə quş əti və bunlara əlavə olaraq yerli firmalarımız yüksək keyfiyyətli xüsusi süd məhsulları istehsal etməyə başlayıb".
Mehman Mehdiyev