Hazırda 100 000 dolları keçən Bitcoinin 200 000 dollar qədər yüksəlməsi mümkündür. Çünki, idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmini edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, 200 000 (maksimum 250 000) minlik həddən sonra tələbin azalması baş verə bilər:
"Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər. Lakin tələbin bu gün məharətlə idarə edildiyi kimi 200 000 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması Bitcoinin müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yarada bilər".
Anar Əliyev