Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük dövlətlərin Suriya layihələri

Böyük dövlətlərin Suriya layihələri


Suriyanın gələcəyi və regional dinamika təkcə aktorların niyyətləri ilə deyil, həm də böyük dövlətlərin tarixi prosesi, ideoloji yanaşmaları və strateji hədəfləri ilə formalaşır.

Newscenter.az xəbər verir ki, bunu politoloq Rəşad Tağızadə deyib. O bildirib ki, Suriyanın şimalında YPG-nin nəzarətində olan ərazilər, şərqdə ABŞ-ın dəstəklədiyi qüvvələrin təsiri, qərbdə isə rejimin nəzarətində olan ərazilər təbii bölünmədən xəbər verir:

"Bu, de-fakto sərhədlərin indi daimi dövlət strukturuna çevrilməsi ehtimalını artırır. Bu cür təşkilatların dəstəklənməsi regional aktorların öz təsir dairələrini genişləndirmək cəhdi kimi qiymətləndirilir".

O deyib ki, ABŞ Suriyanın şərqində enerji resurslarına yaxınlığını və İranın Şiə Aypara strategiyasını kəsmək üçün şərqdə effektiv nəzarəti saxlamağı hədəfləyir:

"Rusiya Aralıq dənizindəki Tartus və Hmeymim bazaları Rusiyanın isti dənizlərdə daimi mövcudluğu strategiyasının təməl daşıdır. Suriyanın təbii sərvətlərinə çıxış Rusiyanın bu bölgədəki qətiyyətini də gücləndirir".


Anar Əliyev
Xəbəri paylaş