Onların arasında bu yerləri gənc ikən tərk edib, indi ahıllaşıb qayıdanı da var, adını babasından, nənəsindən eşitdiyi şəhərə ilk dəfə qədəm qoyanı da...
Biri keçmiş günlərin xatirəsini yada salıb duyğulanır, biri də yeni başlanan həyatın üzünə sevinclə gülümsəyir. Yenidən tikilən Cəbrayıl şəhəri öz sakinlərinin növbəti qrupunu qəbul edir. Xeyirli, uğurlu olsun!..
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl şəhərinə qayıdışa həsr olunmuş videoreportajı təqdim edir.
Süleyman