Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heç bir kənar ölkənin Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur

Heç bir kənar ölkənin Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur


"Bir sıra xarici ölkə səfirlərinin təşkil etdiyi "həbs olunmuş jurnalist və siyasi aktivistlərin" azad olunmasına dair dəstək tədbiri Azərbaycan hakimiyyəti üçün beynəlxalq siyasi arenada yaxşı heç nə vəd etmir. ABŞ, Böyük Britaniya, İsveçrə səfirləri və Aİ missiyasının rəhbərinin iştirakı ilə keçirilən tədbirin tərkibindən də görünür ki, onlar arasında Azərbaycana yaxın olan Böyük Britaniya və İsveçrə də var. Bu, o deməkdir ki, artıq bizə dost ölkələr də Azərbaycanda siyasi fikirlərinə görə təqib edilənlərdən narahatdırlar.

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, hakimiyyət nə qədər belə insanların olmadığını qeyd etsə də,bu məsələ dövlətin təhlükəsizliyinə zərbə vurur:

"Hazırda Azərbaycanın geniş mənada durumu elədir ki, heç bir kənar ölkənin Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur. Bu, Azərbaycan dövlətinin geosiyasi və geoiqisadi durumu ilə yanaşı, coğrafi mövqeyi ilə də əlaqəlidir. Azərbaycanın güclü beynəlxalq müttəfiqləri ilə yanaşı regional müttəfiqləri də onun mövqeyini gücləndirir. Amma qeyd edilən məsələ Azərbaycanın beynəlxalq müttəfiqlərində də narahatlıq doğurur".

Azər Qasımov hesab edir ki, Azərbaycan hakimiyyəti bu məsələni ciddi şəkildə götür-qoy etməlidir:

"Bu, bir mesajdır və xəbərdarlıqdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti siyasi fikirlərə görə həbs edilən insanların azad olunması üçün tezliklə addımlar atmalıdır. Kiçik insanlardan dövlət üçün böyük problemlər yaratmağa dəyməz".

Süleyman
Xəbəri paylaş