Mütəxəssislər iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən torpağın qlobal istiləşmə ilə yaxın illərdə bəzi transformasiyalar yaşayacağını bildirirlər.
Newscenter.az xəbər verir ki. İstanbul Texniki Universiteti Aeronavtika və Kosmonavtika Fakültəsi Meteorologiya Mühəndisliyi Bölümü Müəllim Hüseyn Toros belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, iqlim dəyişikliyi, qlobal istiləşmə və quraqlıq dünyanın ümumi problemlərindəndir. Bu vəziyyət son illərdə torpağa təhlükə yaradan amillərdəndir.
"Buzlaqların əriməsi, artan quraqlıq, həddindən artıq yağış, dəniz səviyyəsinin qalxması kimi onlarla fəlakətlə üzləşirik. Bunlardan biri də torpaqdakı istiləşmədir. Əslində, torpaq həyat deməkdir, çünki biz bütün qidalarımızı torpaqda yetişdiririk. Torpaqda böyümək üçün bitkinin günəş işığına ehtiyacı var, amma bizim də suya ehtiyacımız var".
Torpaqdakı rütubət dərəcəsinin bir bölgədə yağan yağışa görə dəyişdiyini vurğulayan Toros, "Torpaqdakı rütubət nisbəti azaldıqca bitkilərin böyüməsi üçün şərait azalır. Bitkilər dezavantajlı vəziyyətdədir".
Anar Əliyev