ABŞ-nin Ayova Universitetinin Karver Tibb Kollecinin alimləri venadaxili kimyəvi terapiyaya əlavə olaraq yüksək dozada C vitamininin metastatik mədəaltı vəzi xərçəngi xəstəliyi olan insanların ömrünü artırdığını müəyyən ediblər.
Newscenter.az xəbər verir ki, tədqiqatın nəticələri “Redox Biology” jurnalında dərc olunub.
Mütəxəssislər tədqiqat zamanı metastatik mədəaltı vəzi xərçəngi olan pasiyentlərə standart kimyəvi terapiyaya əlavə olaraq həftədə üç dəfə 75 qram yüksək dozada venadaxili C vitamini tətbiq ediblər. Nəticədə xəstələrin ömrü iki dəfə - səkkiz aydan on altı aya qədər artıb.
Təcrübənin xəstəliyin sürətlənməsi dövrünə müsbət təsiri də qeyd edildi, bu da dörd aydan altı aya qədər artıb. C vitamini qəbul edən xəstələr müalicəyə daha yaxşı dözüb və yalnız kimyəvi müalicə alanlara nisbətən daha az yan təsirlər bildiriblər.
Ayova Universitetinin Cərrahiyyə və Radiasiya onkologiyası üzrə aparıcı tədqiqatçısı, professor Cozef Kallen qeyd edib ki, bu təsirli nəticələr xərçəng hüceyrələrinə qarşı mübarizədə C vitamininin xüsusiyyətlərinə dair iyirmi illik tədqiqatın nəticəsidir. Alimlər vurğulayırlar ki, C vitamini ucuzdur. Onun yüksək dozalarda kimyəvi müalicə ilə istifadəsi mədəaltı vəzi xərçəngi xəstəliyi inkişaf etmiş xəstələr üçün yeni standartına çevrilə bilər.
Yeganə Hüseynova