Almatıda məktəblərin təmiri və modernləşdirilməsi seysmik gücləndirmə yolu ilə davam etdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2025-2027-ci illər üçün müvafiq büdcə layihəsinə parlamentin növbəti iclasında baxılacaq.
Üçillik büdcə layihəsinə əsasən, 216 məktəb, 12 internat müəssisəsi, 20 kollec daxil olmaqla 344 min şagirdin təhsili üçün təxminən 250 milyard tengenin ayrılması planlaşdırılır.
Seysmik gücləndirmə yolu ilə məktəblərin müasirləşdirilməsi və təmiri şəhər rəhbərliyinin əsas prioritetlərindən biridir. Yeni üçillik büdcənin qəbulundan sonra paytaxtda təhsil müəssisələrinin yüksək keyfiyyət standartlarına uyğun modernləşdirilməsi davam etdiriləcək.
Gələn il “Rahat məktəb” milli layihəsi çərçivəsində Astanada 24,2 min şagird yerlik 14 məktəb istifadəyə veriləcək.
Anar Əliyev