Bu il ərzində Qazaxıstanda 4 terror aktı cəhdinin qarşısı alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayev məlumat verib.
Ermek Sagımbayev bildirib ki, milli təhlükəsizlik orqanları 4 terror aktının qarşısını alıb. Nəticədə, terrorizm və ekstremizmlə məşğul olan 84 nəfərə hökm oxunub, 44 nəfər saxlanılıb. Terror cinayəti törətməkdə şübhəli bilinərək axtarışda olan 6 Qazaxıstan vətəndaşı Suriya və Türkiyədən ekstradisiya edilib, onlardan ikisi məhkum olunub.
Göstərilən müddət ərzində terrorçuluq və ekstremizmlə məşğul olan 824 əcnəbi Qazaxıstana buraxılmayıb.
Anar Əliyev