İsrailin 426 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 45 minə çatır.
Newscenter.az Fələstin Hökumətinin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, göstərilən müddət ərzində 44580 fələstinli qətlə yetirilib.
Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bu yana soyqırım törədən İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı təkcə son 24 saatda 48 nəfər artıb.
Bundan başqa son 24 saatda 201 nəfər isə yaralanıb.
Anar Əliyev