Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi həşəratları necə peyvənd etmək lazımdır?

Siyasi həşəratları necə peyvənd etmək lazımdır?


"İnsanın yaşaması, cəmiyyətə qarışması eyni zamanda cəmiyyətə, dövlətə faydalı, ədalətli, etika-ədəb qaydalarına riayət etməsi çox vacibdir. Çünki insan özünü yetişdirmək üçün mütləq bu insani kefiyyətləri özündə cəmləşdirməlidir. Təbii ki, hər bir fərdin cəmiyyətə müsbət təsir göstərməsi qlobal bir vəzifədir. Yəni insanlarla əməkdaşlıq, bura qarşılıqlı yardım və əməkdaşlıq daxildir. Bu cəmiyyətin və dövlətin inkişafına müsbət təsir göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O bildirib ki, təhsil və öyrənmə prosesində tələbələrin, şagirdlərin borcu öyrənmək, müəllimlərin isə borcu, vəzifəsi öyrətmə metodlarından düzgün istifadə edərək, cəmiyyətə, dövlətə daha çox töhvə verməkdir:

"Ekologiya və mühit. Təbiətə qayğı göstərmək onu qorumaq, daha sağlam ətraf muhit yaratmaq üçün təmizlik mədəniyətinə ehtiyac var.

Sosial məsuliyyət. Cəmiyyətin zəif təbəqəsinə həm əqli, həm fiziki, həm də maddi cəhətdən yardım etmək borcudur.

Sağlamlıq və rifah. Butövlükdə cəmiyyətin sağlam böyüməsi, onların sağlam həyatla təmin edilməsi üçün qidalanma prosesinə məsuliyyətli yanaşması gərəklidir.

Siyasi məsuliyyət. Siyasi məsuliyyəti daşıyanlar, ölkənin siyasi dayaqlarının və dövlətin təməl prinsiplərinin milli təhlükəsizliyi, suverenliyi, bütövlüyü üçün bir başa məsuliyyət daşıyırlar. O cümlədən, cəmiyyətində yetkin bir vətəndaş olaraq formalaşması, insanların davranış qaydalarına təsir etmək üçün vacib səlahiyyət və status daşıyan siyasi şəxslərin siyasi məsuliyyəti böyükdür. Sadaladıqlarımın hamısı əslində dövlətin möhkəmlənməsi, inkişafı üçün əhəmiyyətli meyarlardır. Bunları inkişaf etdirmədən və bu qaydalara doğru riayət etmədən dövlət üçün müəyyən təhlükələrin yaranması qaçılmazdır".

Ramil Hüseyniv deyib ki, biz bütün bu vacib sahələrdə çatışmamazlıqları dərhal görür və ictimai-siyasi xadim olaraq ədalətli davaranışa dəvət etməklə, bu sahələrdə yaranan boşluqları tənqid edirik:

"O cümlədən, kənd təsərrüfatı sahəsində çatışmamazlıqları, təsərrüfat üçün yaranan təhlükələri aradan qaldırmaq üçün də biz lazımı addımlar atırıq. Məsələn, kənd təsərrüfatında məhsullarını dağıdan həşəratların və parazitlərin qarşısını almaq üçün müəyyən proflaktik kultivasiya dövründə dərman səpmək, lazimi gübrələri vermək, daha detallı desək məhsulu parazitlərdən qorumaq üçün peyvəndləmək.

Bu ölkəyə bütün uğurlu, uğursuz dövrlərdə ancaq bu parazitlər kimi hücum edən siyasi həşəratları bəs necə peyvənd etmək lazımdır?! Sizin məqsədiniz o parazitlərdən daha çox təhlükəlidir. Sizdə primitiv etik, siyasi qaydalar, ədəb-ərkan, dövlət ərkanı qaydaları belə yoxdur.

Nəyə görə hər tərəfdən hücuma keçmisiniz?Xaricdəki parazitlər artıq sortlu parazitlərdən sayılır. Onlar yetişdirilmiş sortdular və uzaqdan hücuma keçib, siyasi parazitliyini numayiş etdirirlər. Daxildə olanlar isə bu düşmənçilik parazitalizmini uzun illərdir elmi əsaslarla davam etdirir. Bəs siz bu qədər tənqid edir, hər şeyi qara görürsünüzsə özünüzü niyə görmürsünüz? Üzürlü sayın, amma məhz o parazitlər özlərini görə bilmirlər deyə onlara qarşı mütəmadi olaraq profilaktik tədbirlər görülür, peyvənd vasitələrindən istifadə olunur.

Hakimiyyətə tövsiyəm odur ki, bunlar dövlətə xəyanət edib, bəziləri həbs olunmaqla peyvənd olmurlar. Çünki özlərini görə bilmiyənlər ancaq hücuma keçməyi bacarır. Bunlar üçün xüsusi peyvənd növü var. Əgər istəsəniz o metoddan istifadə edək. Dövlət xətrinə o metodu sizinlə bölüşə bilərəm".

Süleyman
Xəbəri paylaş