Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriya münaqişəsi: resurslar, qüvvələr və beynəlxalq maraqlar

Suriya münaqişəsi: resurslar, qüvvələr və beynəlxalq maraqlar


"Suriya münaqişəsi, daxili siyasi qarşıdurmadan çox, beynəlxalq güclərin enerji resursları və strateji üstünlük uğrunda mübarizəsi ilə daha da mürəkkəbləşib. Ölkənin zəngin neft, qaz və digər təbii ehtiyatları münaqişənin əsas səbəblərindən biridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O deyib ki, Suriya münaqişəsi, enerji resursları və geosiyasi üstünlük uğrunda aparılan mübarizənin mərkəzindədir:

"Neft və qaz ehtiyatlarına nəzarət ölkənin gələcəyini formalaşdırır və münaqişənin davamlılığına səbəb olur. Beynəlxalq güclərin maraqları isə problemin həllini daha da çətinləşdirir".

Rəfail Eminovun sözlərinə görə, Suriyada əsasən mübarizə Birləşmiş Ştatlar, Rusiya, İran və Qərb arasında gedir.

Anar Əliyev
Xəbəri paylaş