Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Mahir Süleymanlı növbəti vətəndaş qəbulu keçirib

Deputat Mahir Süleymanlı növbəti vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Çarxı kəndində növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az
xəbər verir ki, görüş zamanı millət vəkili kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı problemlərini dinləyib. Səsləndirilən məsələlərin bir qismi yerindəcə həll olunub, digərləri isə qeydə alınaraq deputatın səlahiyyətləri çərçivəsində həllinə çalışılacağı bildirilib.

Mahir Süleymanlı deyib ki, vətəndaşların problemlərinin həlli bizim əsas məqsədimizdir:

"Bundan əlavə, şəhid Mahir Məmmədovun ailəsini ziyarət etdik. Şəhidin anası Timziyə Məmmədova ilə görüş zamanı onun qayğı və ehtiyacları ilə maraqlandıq, şəhidimizin şərəfli həyat yolu barədə söhbət etdik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladıq. Şəhidin anası göstərilən bu yüksək diqqətə görə dərin minnətdarlığını ifadə etdi.

Şəhidlərimizin xatirəsini yaşatmaq və ailələrinə daim dəstək olmaq hər birimizin mənəvi borcudur".



Süleyman
Xəbəri paylaş