Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

25 il öncə -VAQİF ABDULLAYEV YAZIR

25 il öncə


Müasir Azərbaycanın 21 illik quruculuq salnaməsi Ümummilli lider Heydər Əliyevin Siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Onun rəhbərliyi sayəsində misli görünməmiş uğurlar əldə edib. Cənab İlham Əliyev hələ gənc yaşlarından Heydər Əliyev Məktibini keçən peşəkar kadr kimi özünü təsdiq etmiş, dövlətçilik irsinə yiyələnmişdi.

Yaxşı yadımdadır, 1998-ci ildə ölkədə gedən fəal siyasi müzakirələrdə Heydər Əliyevdən sonra hakimiyyətə kimin gələcəyi barədə qızğın müzakirələr gedirdi, müxalifət cəbhəsi, Müsavat və AXCP Ulu öndərdən sonra iqtidarda olacaqlarını düşünürdülər. Onlar ictimaiyyət arasında belə bir təşviqat aparırdılar ki, hakimiyyətə gəlsələr Qarabağ problemini həll edəcəklər. Halbuki hər kəs yaxşı bilirdi ki, vaxtilə Heydər Əliyevin Bakıya dönüşünün qarşısını alan bu milli xainlərin vəzifə davası və xəyanəti nəticəsində torpaqlarımız işğal olunmuşdu.

Həmin illərdə mən bu prosesləri diqqətlə izləyərək İlham Əliyevin yetkin siyasi lider kimi yetişdiyini və aktiv siyasi səhnəyə iddialı şəxs olduğu qənaətində idim. Həmin dövrdə İlham Əliyev Dövlət Neft Şirkətinin I vitse-prezidenti vəzisəsində çalışırdı, Milli Məclisinə deputatı idi, iqtisadiyyatı dərindən bilirdi və gördüyü işlərlə xalq arasında böyük nüfuz qazanmışdı. Ona görə də, Əliyevlər ailəsinin İlham övladının Xalqın övladı etimadı qazanmağına heç bir şübhəm yox idi.

O dovrdə İlham Əliyev həm də dünyada tanınmış siyasətçi, nüfuzlu ictimai xadim kimi qəbul edilirdi. Avropa və ABŞ-da nüfuzlu siyasətçilər Onun qeyri-adi siyasi fəhmi və dəmir məntiqinə heyranlığını gizlətmirdilər.

Ona görə də İlham Əliyevin addım-addım ali dövlət kürsüsünə yaxınlaşdığını düşünürdüm və bu siyasi qeydlərimi 1999-cu ildə qələmə aldığım “O Böyük Siyasətə hazırdır” kitabında əks etdirdim. Kitab cəmiyyətimizdə böyük rezonans doğurdu, kitab ingilis, ukrain, gürcü, latış dillərinə tərcümə edilərək həmin ölkələrdə dövlət səviyyəsində təqdimatı keçirildi.
Mən böyük fəxr və qürur duyuram ki, Cənab Prezident haqqında yazılmış ilk kitabın müəllifiyəm.

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində İlham Əliyevin qələbə qazanması vaxtilə mənim düşüncələrimin nə qədər əsaslı olduğunu təsdiqlədi. Sonrakı illərdə Prezident İlham Əliyevin dərin zəka və müdrik siyasi xadim, planetar təffəkkürlü liderə çevrilməsini nəzərə alaraq yeni kitablarımı - “Sülh və Sabitlik Prezidenti”, “Planetar təfəkkürlü lider” adlı nəşrləri ərsəyə gətirdim. Həmin kitablar da da başqa xalqların dilinə tərcümə olunub.

Tarix göstərdi ki, Prezident İlham Əliyev Böyük Siyasət ustadıdır, planetar miqyaslı dövlət xadimidir. O, ali siyasi kürsüdə Ermənistanın havadaraları, erməni lobbisi və ermənipərəst dövlətlərin təzyiq və təhdidlərinə, beynəlxalq ədalətsizliyə qarşı təkbaşına mübarizə apararaq BMT-nin qətnamələrini öz Gücü ilə yerinə yetirən yeganə şəxsiyyətdir. Dünya dövlətlərini Onunla hesablaşmağa məcbur edən qətiyyətli siyasət nəhəngidir.

Prezident İlham Əliyev Xilaskardır. 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığı tarixi Zəfərlə son 200 illik tariximizdə itirdiyimiz torpaqlarımızı geri qaytaran, ərazi bütövlüymüzü təmin edən Qəhrəman Komandandır.

O, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva ilə çiyin-çiyinə Qarabağ və Şərqi-Zəngəzuru yenidən qurur, sakinləri öz doğma yurdalarına qovuşdurur.
Bir qərbi azərbaycanlı kimi inanıram ki, İlham Əliyev mənim kimi yüz minlərlə Qərbi Azərbaycan sakinin də arzusuna qovuşduracaq.

Sonda qarşıdan gələn əlamətdar Gün - Ad Günü münasibətilə Cənab Prezidentin səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırır, ailə üzvləri ilə birlikdə xoşbəx həyat və yeni müvəfəqiyyətlər arzulayıram.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş