Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib


Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali və Parlament Məclisinin İqtisadi islahat və regional inkişaf komitəsinin üzvü Murad Abenov ilə görüşüb.

Newscenter.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, regional və qlobal məsələlərdə əməkdaşlığın gücləndirilməsi, habelə beynəlxalq platformalarda birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri ətraflı müzakirə olunub. Bununla yanaşı, tərəflər müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, siyasi və humanitar əlaqələrin möhkəmləndirilməsi yollarını da nəzərdən keçiriblər.

Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov iştirak edib.

Süleyman
Xəbəri paylaş