Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmsi Səmədzadə həbs olundu

Şəmsi Səmədzadə həbs olundu


Bir neçə il əvvəl Azərbaycan Prezidentin əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilən keçmiş iş adamı Şəmsi Səmədzadədən yeni xəbər var.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub.

Onun həbsinə səbəb isə dələduzluq cinayətində ittiham olunmasıdır.

Xatırladaq ki, Şəmsi Səmədzadə bir müddət bundan əvvəl sosial şəbəkələrdə intim görüntüləri ilə gündəmə gəlib. Məhz bu görüntülər yayılandan sonra o, Özbəkistana köçüb.
Xəbəri paylaş