"İş dünyasında şəffaflıq və dürüstlük həmişə önəmlidir"
Newscenter.az xəbər verir ki, bu fikirləri İnsan Resursları mütəxəssisi Günay Məmmədova deyib. O bildirib ki, bir çox hallarda, işə qəbul və ya müsahibə zamanı qarşılaşdığım vəziyyətlərdən biri, şəxsin LinkedIn-dəki vəzifə başlığı ilə rəsmi iş təsvirinin üst-üstə düşməməsi olub:
"Bəzən bu cür yanlışlıq İmposter sindromu ilə əlaqələndirilir, yəni şəxsin öz bacarıqlarını olduğundan daha yüksək göstərmək istəyi.
Lakin şəffaflıq və doğru məlumatlar təqdim etmək yalnız işə qəbul prosesində deyil, həm də peşəkar həyatımızda çox vacibdir. LinkedIn profilinizdəki məlumatlarınız rəsmi sənədlərlə uyğun olmalıdır ki, bu, həm sizin etibarınızı artırar, həm də qarşı tərəfdə səhv təəssüratlar yaratmaz".
Günay Məmmədova qeyd edib ki, dürüstlük və şəffaflıq iş dünyasında uğurun əsas prinsipləridir".
Anar Əliyev