Türkiyədə torpaq sürüşməsi olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Karabükdə baş verib. Sürüşmə zamanı nəhəng qayalar dəmir yolunu bağlayıb.
Karabükün Yenice rayonunda baş verən sürüşmə nəticəsində yamacdan qaya parçaları düşüb. Dəmir yolu yük və sərnişin daşımalarına bağlanarkən, qrupların təmizləmə işləri davam edir.
Xəbər üzərinə hadisə yerinə jandarma və yol təsərrüfatı işçiləri sövq edilib.
Yamacdan qayaların düşmə riskinə qarşı bölgədə tədbir görən qruplar dəmir yolunun açılması üçün işlərini davam etdirir.
Mehman Mehdiyev