Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda şaxtaçıların tətili başlayıb

Qazaxıstanda şaxtaçıların tətili başlayıb


Qazaxıstanda şaxtaçıların tətili başlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Ulytau vilayətinin Satbayev şəhərindəki “Kazakhmys” korporasiyasının “Ontustik Jezkazqan” mədəninin 65 saylı şaxtasının 200-dən çox işçisi maaşlarının artırılması tələbi ilə tətilə çıxıb.

Etirazçılar əvvəlcə maaşın 30%, bir müddət sonra isə 100% artırılmasını istəyiblər.

Müəssisə rəhbərliyi 2025-ci ilin yanvar ayından əmək haqqının 8,5% indeksləşdirilməsini vəd edib.

Şirkətin hesabatına görə, gələn il işçilər ayda orta hesabla 822 min tenge qazanacaqlar.

Mehman Mehdiyev
Xəbəri paylaş