
Qazaxıstanın Türküstan vilayətinə xüsusi status verilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Milli Məclisinin deputatları Türküstanın xüsusi statusu haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
Qanun layihəsi çərçivəsində bir sıra mühüm təşəbbüslər həyata keçiriləcək.
Belə ki, Türküstan şəhərinin arxeoloji abidələri qoruğunun yaradılması, Xoca Əhməd Yasəvi məqbərəsi ətrafında tikintinin məhdudlaşdırılması, tikilinin kənar elementlərinin qarşısının alınsın və unikallığınln qorunması nəzərdə tutulur.
O cümlədən, hündürlüyü 7 metrdən çox olan obyektlərin, miqyasına, rənginə və tikinti materiallarına görə tarixi abidələrə uyğun olmayan obyektlərin yaşayış binasına bitişik yüz metrdən çox olmayan məsafədə tikilməsinə icazə verilmir.
Anar Əliyev