Avrasiya tunelindən 8 il ərzində 151 milyon avtomobil istifadə edib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Tunelin İstanbulun Asiya və Avropa tərəflərini 5 kilometrlik ikimərtəbəli sualtı yol tuneli ilə birləşdirdiyini bildirən Uraloğlu, yüksək texnologiyası, qabaqcıl mühəndislik kompleksi layihəsi və qitələri birləşdirən marşrutu ilə tunelin sürətli, qənaətcil olduğunu söyləyib.
Nazir tunelin 8 ildir Boğazdan keçmək üçün etibarlı, rahat və ətraf mühitə uyğun olaraq həssas bir nəqliyyat alternativi olaraq xidmət etdiyini ifadə edib.
Onun sözlərinə görə, sözügedən tunel ölkə iqtisadiyyatına 2 milyard dollar töhfə verib.
Mehman Mehdiyev