Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa ittifaqı Makrona yox dedi

Avropa ittifaqı Makrona yox dedi



Dekabrın 16 - da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısı keçirib. İttifaqın xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın başçılığı ilə keçirilən iclasın ana mövzusu Rusiya - Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada baş verən hakimiyyət dəyişikliyi olub. Xarici işlər nazirləri Rusiyaya qarşı 15 - ci sanksiya paketini qəbul etsələr də Fransanın vəziyyətdən istifadə edərək irəli sürdüyü növbəti təklifi rədd ediblər. Belə ki, bu ölkənin prezidenti Emanuel Makron Ukraynada müharibə bitəcəyi zaman buraya Avropa İttifaqının müşahidə missiyasının göndərməyi təklif edib. Eston əsilli baş diplomat isə buna etiraz edərək bildirib ki, hələ Ukraynada sülh əldə edilmədən bu məsələni müzakirə etmək tələskənlikdir. Xanım Kallasın dediyində həqiqət var. Əgər Makronun təklifi əsasında ittifaq Ukraynaya müşahidə missiyası göndərərsə bu missiyanın üzvləri qızğın müharibə sonrası nəyi müşahidə edəcəklər ? Həmən missiyanın normal fəaliyyəti üçün Ukraynada heç bir şərait yoxdur. Təbii ki, bunu Makron və ətrafı da bilir. Ancaq Fransa prezidenti Ermənistanda sınaqdan keçirdiyi taktikanı indi də Ukraynada tətbiq etmək arzusuna düşüb. Qərb hər nə qədər bu müharibədə Kiyevə silah və diplomatik dəstək göstərsə də Rusiya ilə birbaşa toqquşmaya girməmək üçün Ukraynaya qoşun göndərməyib. Ancaq bu cür təşəbbüs olub və onun ideya müəllifi də məhz Makron idi. NATO və Avropa Birliyi çərçivəsində bu prossesi həyata keçirə bilməyəcəyini görən Fransa prezidenti ölkəsinin qoşunlarının Ukraynaya göndərməsi barədə qərar vermişdi. Qərb və Rusiya arasında vəziyyəti daha da gərginləşməyə xidmət edən və Paris üçün böyük biyabrçılıqla nəticələnən bu hadisəyə görə Makron öz avropalı həmkarlarının da ciddi tənqidinə məruz qalıb. Görünür ki, Emanuel Makron hələ də bu niyyətindən əl çəkməyib. Şübhəsiz ki, burda əsas məsələ Ukraynaya yerləşdiriləcək Avropa İttifaqını müşahidə missiyasına qarşı tərəfdən hansısa hücumun edilməsinə çalışmaqdır. Bunun üçün missiya üzvləri bütün qüvvəsini səfərbər etməli olacaqdı. Necə ki, hazırda Azərbaycan - Ermənistan sərhədində bu prosesi həyata keçirməyə çalışırlar. Makronun niyyəti Ukraynadakı müharibənin sərhədlərini genişləndirmək və münaqişənin daha da alovlandırılmasına çalışmaqdır. Özünü Şarl de Qoll səviyyəsində siyasətçi kimi görən, ancaq Fransa tarixinə " ən uğursuz dövlət başçısı " kimi düşən Emanuel Makronun yeni dünya müharibəsi yaratmaq cəhdi bu dəfə də baş tutmadı. Ukraynaya müşahidə missiyası göndərməkdən imtina edən Avropa İttifaqı isə Ermənistanın Azərbaycanla sərhədinə yerləşdirdiyi missiyanın geri çağırılmasını da təmin etməlidir. Fəaliyyət müddət ərzində bu missiya gərginliyin artırılmasından başqa heçnəyə xidmət etmədi və bu gün tamamilə Fransanın əmrini yerinə yetirir. Bir müddət əvvəl müşahidə missiyası üzvlərinin ətrafında Fransa bayrağı olan avtomobillərin hərəkət etməsi də bunun sübutudur. Nəzərə alınmalıdır ki, Avropa İttifaqını sərhəddəki müşahidə missiya Azərbaycan və Avropanın müvafiq təşkilatları arasında münasibətlərin normallaşması yolunda da əsas maneələrdən biridir. Kaya Kallas sələfi Cozef Borelin Azərbaycana qarşı düşmənçilik siyasətinin duzəldilməsinə bu bədnam missiyasının fəaliyyətinə son verməklə başlaya bilər.

Zeynal Əmrəliyev
Xəbəri paylaş