"Azərbaycanın səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvülüyü ölkəmizəm qlobal aspektdə olan maraq, eyni zamanda dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycanın sözügedən təşkilata üzv qəbul edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq:
“Bildiyimiz kimi bundan sonra Azərbaycanın da qatılması ilə D-9 formatında öz işini davam etdirəcək təşkilatın əsas fəaliyyət istiqamətlərinə kənd təsərrüfatı, balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə, insan resursları, elm, texnologiya, maliyyə, bankçılıq, özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühitin mühafizəsi kimi sahələr daxildir. Hər bir sahə günümüz üçün olduqca aktualdır və qeyd edilən istiqamətlərdə təşkilata üzv ölkələrlə əməkdaşlıq bütün tərəflər üçün perspektivli olar. Xüsusilə, ticarət sahəsində əməkdaşlıq Azərbaycan məhsullarının bu ölkələrin bazarlarına çıxmasına şərait yaratmış olacaq ki, bu da Azərbaycan iqtisadiyyatının daha da inkişafına öz müsbət təsirini göstərəcək”.
Arzuman Muradlı deyib ki, Azərbaycan sözügedən təşkilata üzv olan ölkələrlə digər beynəlxalq qurumlarda, eləcə də ikitərəfli formatda normal əməkdaşlıq edir:
“D-9 formatında əməkdaşlıq isə ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək və perspektiv imkanlar açacaq”.
İctimai Birlik sədri onu da qeyd edib ki, hər bir beynəlxalq təşkilatda təmsilçilik Azərbaycanın qlobal miqyasda yeri və rolunu, nüfuzunu bir qədər də artırır, Bakının mövqelərini dünya miqyasında gücləndirir, onu əsas aktorlardan birinə çevirir.
Süleyman