Bu tədris ilinin əvvəlindən “Rahat məktəb” layihəsi çərçivəsində 41 məktəb istifadəyə verilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı Qazaxıstanın Təhsil Nazirliyi yayıb.
Belə ki, “Rahat məktəb” milli layihəsi çərçivəsində Kaskelenq şəhərində və Almatı vilayətinin Kemertoqan kəndində hər biri 1500 yerlik yeni formatda iki məktəb, 2000 şagird yerlik 1 rahat məktəb istifadəyə verilib.
Layihə çərçivəsində Almatı vilayətində isə 17 min şagird yerlik 7 məktəb tikilib.
Layihənin əsas istiqaməti funksional və təhlükəsiz təhsil mühitinin yaradılmasıdır.
Anar Əliyev