Çində dünyanın ən böyük beynəlxalq hava limanının tikintisinə başlanılıb.
Newscenter.az Sin Xua Agentliyinə istinadən bildirir ki, hava limanı 20 kvadrat kilometrlik süni adada yerləşəcək.
O, dörd uçuş-enmə zolağı və böyük sərnişin terminalı ilə təchiz olunacaq.
Hava limanının unikallığı onun tutumundadır. Səlahiyyətlilərin genişmiqyaslı planlarına görə, o, ildə 80 milyondan çox sərnişinə xidmət göstərəcək.
Hava limanının tikintisi üçün torpaq sahəsinin seçilməsi və layihə-smeta sənədlərinin hazırlanmasına hələ 2003-cü ildən başlanılıb.
Mehman Mehdiyev