Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.
Newscenter.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıblar.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, A.Məmmədov Qətərdə səfiri təyin edilib.
XXX
Dövlət başçısının digər sərəncamı ilə Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. O, Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
XXX
Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
XXX
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
XXX
Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
XXX
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən, bu vəzifəyə Məmməd Bahəddin oğlu Əhmədzadə təyinat alıb.
Məlumat üçün bildirək ki, M.Əhmədzadə bundan əvvəl Azərbaycanın İtaliyadakı səfiri vəzifəsini icra edib və 2022-ci ildə vəzifəsindən geri çağırılmışdı.
Sevinc Mehdiyeva