Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kipr XİN-dən Avropa İttifaqına ETİRAZ

Şimali Kipr XİN-dən Avropa İttifaqına ETİRAZ


Avropa İttifaqının (Aİ) Ümumi Məsələlər Şurasının iclasında qəbul edilən qərarlarda Türkiyə ilə bağlı qiymətləndirmələrin birbaşa Kipr problemi ilə əlaqələndirilməsi qəbuledilməzdir.

Newscenter.az xəbər verir ki, bu fikirlər Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin bugünlərdə Brüsseldə keçirilən görüşlə bağlı açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, 2004-cü ildə Cənubi Kiprin beynəlxalq müqavilələrə zidd olaraq Aİ-yə tamhüquqlq üzv qəbul edilməsi adadakı problemi həll olunmaz hala gətirib.

“Avropa İttifaqının bu yanaşması, Kipr məsələsinə həll axtarmaqdansa, Türkiyə-Aİ əlaqələrini Kipr məsələsində girov saxlamağa üstünlük verdiyini açıq şəkildə ortaya qoyur. Biz Aİ-ni BMT Təhlükəsizlik Şurasının köhnəlmiş qətnamələrinə istinad etməyi dayandırmağa dəvət edirik” “, – deyə XİN-in açıqlamasında qeyd olunur.

Həmçinin açıqlamada vurğulanır ki, Avropa İttifaqı Türkiyəni hədəf almaq əvəzinə problemin əsas mənbəyi olan Cənubi Kipr Respublikasını Kipr türklərinin suveren hüquqlarını tanımağa təşviq etmələridirlər.Modern.az
Xəbəri paylaş