Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
İlkin məlumata görə 4 nəfər həlak olub.