"Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var. Müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb. Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya isə vurduqlarını heç zaman etiraf etməyib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək?
"Tarixdə buna oxşar hadisə baş verməyib. Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir".
Politoloq deyib ki. Kremlin üzrüylə iş bitməyəcək:
"Mövzuya aidiyyatı olmasa da, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir. Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir".
Anar Əliyev