Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycandan üzr istəməlidir

Rusiya Azərbaycandan üzr istəməlidir


"Rusiya Federasiyası Aktauda AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasına aydınlıq gətirməli və Azərbaycandan rəsmi qaydada üzr istəməlidir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O təəssüf hissi ilə bildirib ki, Moskva Bakıdan üzr istəmək əvəzinə, hələlik susqunluq nümayiş etdirir:

"Bu da haqlı olaraq bir sıra sualların ortaya çıxmasına, şübhələrin yaranmasına əsas verir. O baxımdan ki, Rusiya təyyarəni səhvən vurmayıb. Əgər sərnişin təyyarəsi səhvən vurulsa belə, Rusiya baş vermiş faciəyə görə üzrxahlıq etməli idi. Digər tərəfdən həmin trayektoriya üzrə hərəkət edən hava gəmisinin sərnişin təyyarəsi olması gün kimi aydın idi. Bütün bunları nəzərə aldıqda, eyni zamanda Rusiyanın Azərbaycandan hələ də üzr istəməməsini gördükdə belə qənaətə gəlmək olur ki, AZAL-a məxsus sərnişin təyyarəsi qəsdən vurulub. Rusiya bu ləkəni öz üzərindən götürmək istəyirsə, dərhal baş vermiş terror aktı barədə açıqlama verməli, Azərbaycandan rəsmi qaydada üzr istəməli, hadisə zamanı həlak olanların ailələrinə təzminat ödəməlidir. Necə ki, 44 günlüj Vətən müharibəsi zamanı Rusiyaya məxsus hərbi helikopterin səhvən vurulmasına görə, Azərbaycan Rusiyadan üzr istədi və qəzada həlak olan rus hərbiçiləri üçün konpensasiya ödədi. Eyni addımı da Rusiya atmalıdır".

Süleyman
Xəbəri paylaş