Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət edib

Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət edib


Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak və digər rəsmilər hadisə ilə bağlı kədərlərini Azərbaycan səfiri Rəşad Məmmədova çatdırıb, Azərbaycan xalqına başsağlığı veriblər.

"Azərbaycan və Türkiyə tarix boyu “bir millət, iki dövlət” anlayışı ilə birlikdə sevinc və kədər yaşayıb. Çətin anlarda bir-birinə dəstək olub, nə olursa olsun, çiyin-çiyinə olublar. Bu gün qardaş Azərbaycan xalqının yaşadığı dərin ağrıları qəlbimizdə hiss edir və eyni kədəri bölüşürük. Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik", - Y.Gülər səfirlikdə açılan xatirə kitabına yazıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Xəbəri paylaş