Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanlı Yanvar qırğını:Unudulmayan tarix !

Qanlı Yanvar qırğını:Unudulmayan tarix !


1990 -cı il yanvarın 19-dan 20- nə keçən gecə ,saat 23:30 radələrində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçovun əmri ilə Bakı şəhərinə ,Azərbaycanın bir neçə rayonuna qoşun yeridilir .Yüzlərlə dinc əhali ağır texnikalardan ,müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilir .Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və Daxili qoşunlarının Bakını zəbt etməsi misli görünməmiş vəhşilik,qəddarlıqla müşahidə edilmişdir . Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülmüş ,744 nəfər yaralanmışdır .Həlak olanların arasında qadınlar uşaqlar ,və qocalar həmçinin təcili tibbi yardım işçiləri də olmuşdur .Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlaklar məhv edilmişdir.

Faciədən dərhal sonra yanvarın 21-də ümumilli lider Heydər Əliyev ailə üzvləri ilə bərabər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu və SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmiş həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdir .Qətlə yetirilən insanlar simvolik olaraq 20 yanvar şəhidləri adlandırılmışdır .Ümumilikdə isə Azərbaycanda 150 nəfər şəhid adlandırılıb .Bu hadisədən 35 il keçməsinə baxmayaraq Azərbaycan xalqı hər zaman 20 yanvar şəhidlərinin xatirəsini əziz tutur .Hər il faciənin il dönümü izdihamlı ziyarətlərlə müşahidə olunur.İstiqlal fədailərinin məzarlarına simvola çevrilmiş qərənfillər düzülür ,şəhidlərin xatirəsi qürurla anılır .Bakı vaxtı ilə 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla qeyd olunur .Gəmilərdən, avtomobillərdən ,qatarlardan ses siqnalları verilir .Hüzn əlaməti olaraq dövlət bayraqları aşağı endirilir !.


Bakı Qızlar Universiteti tələbəsi
Xudaşlı Ləman
Nizami rayon gənci
Xəbəri paylaş