Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatasında Kollegiya iclası keçirilib

Hesablama Palatasında Kollegiya iclası keçirilib


Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda Hesablama Palatasının strateji planının 2024-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin icra vəziyyəti barədə hesabat təqdim edilib.

Daha sonra Hesablama Palatasının strateji planının 2025-ci il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin, eyni zamanda Risk Reyestrinin layihələri təqdim edilib və müzakirələr aparılıb. Müzakirələrin nəticəsi əsasında aidiyyəti sənədlər təsdiq edilib, nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrası məqsədilə zəruri işlərin görülməsi, əhəmiyyətli hesab olunan risklərin prioritetləşdirilməsi və mütəmadi izlənilməsi, məsul subyektlərin yarımillik və illik əsasda hesabatlılığının təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Süleyman
Xəbəri paylaş