Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər atdığı addımlar və verdiyi açıqlamalar bir birini təkzib edir. Belə ki, erməni baş nazir bir tərəfdən Azərbaycanla sülh müqaviləsini imzalamağa maraqlı olduğunu göstərsə də, digər tərəfdən Aİ missiyasının ölkə ərazisindəki mandatının müddətinin uzadılmasına razılıq verməklə sülh prosesinə əngəl yaratmış olur. Bəs görəsən Paşinyanın əsas istəyi nədir?
Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, Paşinyan bu müddətdən istifadə edib Ermənistan toplumunun sülhlə bağlı fikirlərində dönüş yaratmaq istəyir:
"Yəni, onlarda bundan başqa yollarının olmaması fikrini aşılamaq istəyir. Zamanı gələndə sülh imzalanacaq. Amma Aİ-nın bu missiyası Azərbaycana qarşı təhrikçi rol oynayır. Azərbaycanı bu missiyaya qarşı addımlar atmağa məcbur etməyə çalışır.
2027-ci ilə kimi sülhün olmaması istəyi reallıqdır. Çünki Ermənistanın konstitusiya dəyişikliyini ancaq bu müddətə kimi edə biləcəyi vurğulanır. Yenə də bu dəyişiklik üçün vaxt lazımdır ki, Paşinyan erməniləri buna hazırlasın. Ona kimi də Rusiya ilə əlaqəli məsələlərə aydınlıq gələcəyi hesab edilir".
Süleyman