Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçki Məcəlləsində dəyişikliklərə ehtiyac var

Seçki Məcəlləsində dəyişikliklərə ehtiyac var


"Azərbaycanda Seçki Məcəlləsində müvafiq dəyişikliklərə ehtiyac var. Hesab edirəm ki, Seçki Məcəlləsinə dəyişiklik etməklə bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov səsləndirib. Ölkədə keçirilən son bələdiyyə seçkilərinə də toxunan millət vəkili seçkidə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə yüksək etimad göstərdiklərinə görə, seçicilərə minnətdarlığını bildirib.

"Son bələdiyyə seçkiləri bir daha təsdiq etdi ki, xalq mövcud siyasi kursu dəstəkləyir və bu siyasətin davam etməsinin tərəfdarıdır".

Süleyman
Xəbəri paylaş