"Bu gün süni intelekt elə bir səviyyədə inkişaf edib ki, bu sahədə tənzimləmələrə ciddi ehtiyac yaranıb. Hesab edirəm ki, bunu hansısa formada tənzimləmək lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, artıq bir sıra ölkələrdə, o cümlədən Çində belə bir tənzimləmələr həyata keçirilir:
"Biz də Milli Məclis olaraq bu istiqamətdə yeniliklərə imza atmalıyıq".
Deputatın sözlərinə görə, bu gün süni intelekt elə səviyyədə inkişaf edib ki, bu yolla kitab yazmaq, hətta qanun da hazırlamaq olur.
Süleyman