Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan-Özbəkistan sərhədi bağlanır

Qazaxıstan-Özbəkistan sərhədi bağlanır


Qazaxıstanla Özbəkistan arasında olan “Jibek Jolı” keçid məntəqəsi bağlanır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, keçid məntəqəsi fevralın 5-dən etibarən 4 ay müddətinə bağlanacaq,

Dövlət Gəlirləri Komitəsinin yaydığı xəbərə görə, keçid məntəqəsinin bağlanmasına səbəb tikinti işlərinin aparılmasıdır.

Bu müddət ərzində piyadalar hər iki ölkə arasında olan “Kaplanbek", “B.Konısbayev”, “Sırdariya” və “Tselinnı” keçid məntəqələrindən keçə bilərlər.
Yük maşınları isə adi qaydada “B.Konısbayev”, “Atameken”, “Kazıqurt” və “Tajen” keçid məntəqələrindən keçəcək.

Anar Əliyev
Xəbəri paylaş