Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Fələstin siyasəti

ABŞ-ın Fələstin siyasəti


"İsrailin baş naziri B. Netanyahu D. Trampı Qəzzadan fələstinlilərin köçürülməsinə razı salıb. Məhz B. Netanyahunun Vaşinqtona səfəri Qəzza planının reallaşdırılmasına həsr olunub. Çünki, Həmasla bir il yarım döyüşlərdən İsrail qələbə əldə edə bilmədi. Həmas Qəzzada öz hərbi mövcudluğunu qoruyub saxladi. Halbuki, B.Netanyahu Həmasi məhv edəcəyini qeyd edirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Həmasın Qəzzada qalması B. Netanyahunun siyasi və hərbi uğursuzluğudur:

"Öz məğlubiyyətini Qəzzadan fələstinlilərin köçürülməsi ilə əvəzləməyi planlaşdırır.
ABŞ-ın Fələstin siyasəti iki dövlətli mərhələli həll planının üstündən xətt çəkir. Qəzzadan fələstinlilərin köçürülməsi, yeni bir müharibəyə gətirib çıxara bilər. Misirdə beş ərəb ölkəsi D. Trampa məktub göndərərək Qəzzadan fələstinlilərin köçürülməsinin yolverilməz olduğunu qeyd ediblər. Türkiyə Qəzza ilə bağlı mövqeyini ortaya qoymayıb. Ankarada ABŞ köçürmə siyasətinə qarşı olacağı gözlənilir".

Süleyman
Xəbəri paylaş