
"Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması mədəniyyətimiz üçün mühüm hadisədir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, bu, Üzeyir bəyin çoxşaxəli fəaliyyətini layiqincə dəyərləndirmək və onun irsini gələcək nəsillərə çatdırmaq baxımından da olduqca vacibdir:
"Azad Şuşada heykəli ucalan, musiqiləri ilə isə bütün azərbaycanlıların qəlbində taxt quran Üzeyir Hacıbəylini daim hörmətlə anırıq!".
Süleyman