Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçdə məktəbdə baş verən atışmada ölənlərin sayı 10-a çatıb

İsveçdə məktəbdə baş verən atışmada ölənlərin sayı 10-a çatıb


İsveçdə orta məktəbdə atışma olub.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Örebro şəhərində Campus Risbergska məktəbində atışma nəticəsində azı 10 nəfər həlak olub.

İsveçin baş naziri Ulf Kristersson Örebrodakı məktəbdə baş verən atışmanı ölkə tarixindəki ən dəhşətli kütləvi atışma adlandırıb.

"Bu gün biz günahsız insanlara qarşı vəhşiliyin və ölümcül zorakılığın şahidi olduq. Bu, İsveç tarixindəki ən qəddar kütləvi atışmadır", - Kristersson deyib.

İsveç kralı XVI Karl Qustaf da həlak olanlara başsağlığı verib. Kral polisə, xilasetmə xidmətlərinə və həkimlərə insanların həyatının xilas edilməsində oynadıqları rola görə təşəkkür edib.

Anar Əliyev
Xəbəri paylaş