Fövqəladə hallar naziri Çingiz Arinov daşqın təhlükəsi olan ərazilərin adlarını açıqlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, nazir 1223 yaşayış məntəqəsində daşqın təhlükəsinin yüksək olduğunu deyib:
"Bu yaşayış məntəqələrinin əksəriyyəti Qərbi Qazaxıstan vilayətində yerləşir. Orada 186 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Ondan sonra Qaraqanda vilayətində 150 yaşayış məntəqəsi, Akmolada 144, Şimali Qazaxıstanda 116, Şərqi Qazaxıstanda 72 yaşayış məntəqəsində eyni təhlükə gözlənilir".
"İnsanlar düşünür ki, bütün yaşayış məntəqələri su altında qalacaq. Bu belə deyil. Biz deyirik ki, sel təhlükəsi var. Amma tədbir görə bilərik", - deyə nazir bildirib.
Mehman Mehdiyev