Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

45 azərbaycanlı Almaniyadan readmissiya olunub

45 azərbaycanlı Almaniyadan readmissiya olunub


Azərbaycan vətəndaşı olan 45 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Qeyd edək ki, DMX tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş